Monoqrafik referat
bir mətnin məzmununu şərh edən referat. Bir sənəd, bir material üzrə tərtib olunur. Bütün materialı əhatə edən monoqrafik referat tərtib edilərkən referat mövzusu adətən materialın özü ilə müəyyənləşir. Lakin mənbənin ayrı-ayrı fəsilləri, yaxud hissələri şərh edilən zaman isə referatın mövzusu nəşrdə göstərilir. Belə şərhetmə seçmə şərhetmə adlanır.